Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Bakıda avtomobildə -narkotik və 360 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Bakıda avtomobildə narkotik və 360 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Nərimanovda Bərdədən gələn avtomobildən külli miqdarda narkotik vasitə və 360 kiloqram mənşəyi məlum olmayan ət aşkarlanıb.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov saxlanılıb.

Onun üzərinə baxış zamanı külli miqdarda - 360 qram heroin və 170 qram metamfetamin aşkar edilib.

Həmin şəxslə birlikdə saxlanılan həmyerlisi Ramin Nəbiyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə mənşəyi bilinməyən və tibbi sənədləri olmayan 360 kiloqram ət aşkar olunub.

Ramin Nəbiyev ifadəsində ətin Anar Kərimov adlı tanışına məxsus olduğunu bildirib.

Qeyd edək ki, Bəxtiyar Məmmədovdan aşkar edilən narkotik maddələrlə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Aşkar olunan ətin mənşəyinin və insan orqanizminə zərərli olub-olmadığını müəyyən etmək üçün isə ekspertiza təyin edilib.

Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam