Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Məhkəmədə dəhşət gərginlik var" -Əli Əliyevin səhhəti pisləşib


Bu gün məhkəməsi keçirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin proses zamanı səhhəti pisləşib.
Yenixeber.org: Bu barədə onun vəkili Cavad Cavadov öz feysbuk profilində məlumat yayıb.

O bildirib ki, hadisə yerinə təcili yardım gəlib:
“Qan təzyiqini 210/130 yazdılar və sahə həkiminə müraciət etməyi məsləhət görüldü. Hakim zorla deyir prosesi belə aparacam. Əli Əliyevi nahar fasiləsində məhkəmənin inzibati binasından buraxmalıdar”.
“Xural TV”nin rəhbəri Əvəz Zeynallı isə feysbuk səhifəsində yazıb ki, ciddi gərginlik var, Əli Əliyev həbs edilə bilər:
"Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi gedir. Məhkəmədə dəhşət gərginlik var. İlk dəfədir ki, belə amansız və sərt hakim görürəm. Gedişat onu göstərir ki, Əli Əliyevi həbs edəcəklər…"
Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam