Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Merin kortejinə silahlı hücum olub- VİDEO

Almatı merinin kortejinə silahlı hücum olub- VİDEO

Sosial şəbəkələrdə Qazaxıstanın Almatı şəhərinin meri Bakıtjan Saqintayevin kortejinə silahlı hücum cəhdinə dair video yayılıb. 
Yenixeber.org: Bu gün merin mətbuat xidməti videonun həqiqəti əks etdirməsini təsdiqləyib.
Görüntülərdə bir neçə avtomobilin avtomat silahlardan atəşə tutulması aşkar görünür. Rəsmi açıqlamada isə videonun 2022-ci il yanvarın 6-da baş vermiş hadisələrə aid olduğu deyilir. Hadisə ilə bağlı istintaq davam etdirildiyi üçün əlavə məlumat açıqlanmır.
Qeyd edək ki, Saqintayev də mətbuata baş verən hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, akimatın(Adminstrasiya-red.) iğtişaşçılardan təmizlənməsi ilə bağlı məlumat aldıqdan sonra onu müşayiət edən həmkarları ilə birlikdə əraziyə gedib. Akimiliyin binasından bir qədər aralıda isə naməlum şəxslər korteji atəşə tutub. Kortejdə Almatı telekanalının əməkdaşları da olub. Avtomobillərə açılan atəş nəticəsində Almatı telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən Saqintaevin sürücü yaralanıb.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam