Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Reza Deqatidən Qanlı Yanvar xatirələri:“Bakıya gizli yolla gəldim” - FOTO

 

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati sosial şəbəkə hesabından Qanlı Yanvar hadisələri ilə bağlı paylaşım edib. Yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan danışan fotoqraf həmin günlə bağlı xatirələrini də bölüşüb.

Yenixeber.org: Fotoqrafın sözlərinə görə, həmin vaxt şəhər jurnalistlər üçün bağlı olub. Ancaq Deqati buna baxmayaraq, gizlincə Moskva qatarı ilə Bakıya gələ bilib.

Məşhur fotoqraf bəzi şəkilləri polis avtomobilinin şüşəsindən çəkdiyini bildirib. 

“Rusların bu üsyanı zorakı yolla yatırmağının əyani sübutlarını təqdim etdim”, - deyə o bildirib.

Deqati paylaşımında 20 Yanvar hadisələrinin simvoluna çevrilmiş qərənfildən də danışıb.

“Bu hadisədən sonra milli çiçəklər ölkəni deyil, qanlı gecəni təmsil etdi. Qırmızı qərənfillər artıq müstəqillik uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün qəbirlərin üzərinə qoyulur”, - deyə o bildirib.

Deqati şərhinin sonunda bu haqda “The Massacre of the Innocents” (“Məsumların qətliamı”) kitabında ətraflı məlumat verdiyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam