Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstanda kütləvi məzarlıqda -azərbaycanlı repressiya qurbanının qalıqları tapılıb

Gürcüstanda kütləvi məzarlıqda azərbaycanlı repressiya qurbanının qalıqları tapılıb

Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda keçmiş hərbi baza ərazisində aparılan qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkarlanıb.

Yenixeber.org: Bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.

Sayca altıncı məzarlıqda 1930-cu illərdə sovet dövrünün repressiyaları zamanı güllələnən 29 insanın qalıqları tapılıb. Repressiya qurbanlarının cins və yaşını müəyyən etmək üçün DNT analizlər aparılacaq.

Ekspedisiya iştirakçısı Eter Maxaradze bildirib ki, güllələnənlərin hamısının əlləri arxadan bağlanıb və baş nahiyələrində güllə izləri var. Mütəxəssis qeyd edib ki, qalıqlar aşkarlandığı yerdə yenidən dəfn olunacaq və ərazidə muzey tikiləcək.

Araşdırmalar zamanı indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Ələkbərov Hüseyn Ələkbər oğluna məxsus olduğu müəyyən edilib. Acarıstanın Daxili İşlər Nazirliyinin arxiv sənədinə əsasən, o, 1938-ci il martın 11-də güllələnib.

Qeyd edək ki, qazıntı işləri 2016-cı ildən aparılır. Prosesdə Polşadan dəvət olunan alimlər də iştirak edirlər. Ehtimal olunur ki, keçmiş hərbi baza ərazisində hələ aşkarlanmamış çox sayda kütləvi məzarlıqlar qalmaqdadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam