Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cavanşir Feyziyevin -Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub

Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub
Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub.

Yenixeber.org: Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: "Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Ə.Amaşov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam