Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ermənistanın sabiq səhiyyə naziri:“Ölkədə peyvəndləmə səviyyəsi aşağıdır”

Ermənistanın sabiq səhiyyə naziri: “Ölkədə peyvəndləmə səviyyəsi aşağıdır”

“Ermənistan əsas diqqəti məhdudlaşdırma tədbirlərinə deyil, peyvəndlənənlərin sayının artmasına yönəltməlidir”.

Yenixeber.org: “Sputnik-Armenia”xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, ölkənin sabiq səhiyyə naziri Arsen Torosyan bildirib.

Fevralın 7-nə olan məlumata görə, ölkədə koronavirus infeksiyasına qarşı 1 milyon 925 min 556 peyvənd vurulub. Ölkədə 858 981 nəfər tam peyvənd olunub.

Onun sözlərinə görə, Ermənistan ictimaiyyətində peyvəndləmə prioritet hesab olunmur: "Vətəndaşların çoxu peyvəndi ikinci dərəcəli hesab edir və bundan yayınmağa çalışırlar. İnsanlara COVID-ə qarşı peyvənd olunmanın vacibliyini təlqin etmək lazımdır. Ölkədə peyvəndləmə səviyyəsi 29% təşkil edir. Bu, aşağı göstəricidir və bu şəraitdə məhdudiyyətlərin aradan qaldırılması mümkün deyil".

Deputat deyib ki, peyvəndləmə səviyyəsi 80-90%-ə çatdırılmalıdır.

Xatırladaq ki, Ermənistanda peyvəndləmə prosesinə ötən il martın 31-də başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam