Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Şəfəq-Asiman”da -qaz-kondensat ehtiyatları aşkar edilib

“Şəfəq-Asiman”da qaz-kondensat ehtiyatları aşkar edilib

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7 189 metr dərinlikdə tamamlanıb.

Yenixeber.org: Bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2021-ci il üzrə yaydığı hesabatda qeyd edilib.

Məlumata görə, quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib: “Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır”.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50 %-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam