Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ötən il nikaha daxil olmaq istəyən -200 nəfərdə QİÇS aşkarlanıb

Ötən il nikaha daxil olmaq istəyən 200 nəfərdə QİÇS aşkarlanıb

Azərbaycanda qeydiyyatda olan talassemiya xəstələrinin sayı 5634 nəfərdir.

Yenixeber.org: Talassemiya Mərkəzindən bildirilib ki, onlardan 2744 nəfəri 0-17 yaş aralığında, 2890 nəfəri isə 18 yaş və yuxarı şəxslərdir.

Xəstələrin 2435-i qadın, 3199-u isə kişidir.

Qeyd olunub ki, 2021-ci ildə 157 talassemiyası xəstəsi qeydiyyata alınıb. Onlardan 112 nəfəri 0-17 yaş qrupuna, 45 nəfəri isə 18 yaş və yuxarı yaş qrupuna aid şəxslərdir. Onlardan 74 nəfəri qadın, 83 nəfəri isə kişidir.

Mərkəzdən həmçinin bildirilib ki, 01.01.2021-ci il tarixindən 30.07.2021-ci il tarixinə kimi nikaha daxil olan 55 465 nəfər vətəndaşdan götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1920 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub. Aparılmış tibbi müayinələr nəticəsində 23 cütlükdə hər ikisinin talassemiya daşıyıcısı olduğu müəyyən olunub.

Bundan əlavə, ötən il nikaha daxil olan 104 961 nəfərdən götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1215 nəfərdə sifilis infeksiyası, 200 nəfərdə isə HİV (QİÇS) aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam