Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu gün -Putin və Bayden arasında telefon danışığı olacaq

Bu gün Putin və Bayden arasında telefon danışığı olacaq
Bu gün ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon danışığı olacaq.
Yenixeber.org: Ağ Evin nümayəndəsi məlumat verib.

Qeyd olunub ki, telefon danışığı Vaşinqton vaxtı ilə şənbə günü səhər, Moskva vaxtı ilə günün ikinci yarısında baş tutacaq.

Amerika tərəfinin açıqladığına görə, Rusiya bazar ertəsi telefon danışığı aparmağı təklif edib. Ağ Ev isə şənbə günü təklifini irəli sürüb, qarşı tərəf razılaşıb.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin və Bayden Amerika tərəfinin təşəbbüsü ilə fevralın 12-də telefon danışığı aparmağı planlaşdırırlar.

Rusiya Federasiyası və ABŞ prezidentləri sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Ötən il dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Putin və Bayden arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam