Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BDU-da -yaz sessiyası hibrid formada təşkil olunacaq

BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

Yenixeber.org: Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva məlumat verib.

O bildirib ki, bu barədə BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib: "Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib".

Rektor Elçin Babayev vurğulayıb ki, Baş nazir Əli Əsədovun 22 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında xüsusi karantin rejimi 1 mart saat 00.00-dək qüvvədədir: “Koronavirusa yoluxmaların sayının artmasını izləyirik. Ona görə də payız sessiyasında olduğu kimi, yaz sessiyasının da hibrid formada təşkili daha məntiqli olar. Xüsusi karantin rejimi ilə bağlı Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən əlavə qərarlar olarsa, bunlar Elmi Şuranın növbəti iclaslarında nəzərə alınacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam