Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Conson Ukraynadan danışıb: "Vəziyyət çox-çox təhlükəlidir"

Conson Ukrayna haqqında:    "Vəziyyət çox-çox təhlükəlidir"

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna ətrafında yaranmış vəziyyəti çox təhlükəli durum kimi adlandırıb. 
Yenixeber.org: Bu barədə Britaniya hökumətinin başçısı "Sky News" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Ukraynada eskalasiyaya ciddi hazırlığın olduğunu göstərən “işarələr” var.
 Biz bilməliyik ki, vəziyyət çox-çox təhlükəlidir. Biz uçurumun astanasındayıq. Lakin prezident Putinin geri çəkilməsi üçün hələ vaxtı var, - Conson deyib.

Eyni zamanda o vurğulayıb ki, Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar paketi təqdim etməyə və “Şimal axını 2” əvəzinə alternativ enerji mənbələri axtarmağa hazır olmalıdır.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam