Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

    Kürdəmirdə polis əməliyyat keçirdi –saxlanılan şəxsdən 3 kiloqramdan artıq narkotik götürüldü

 

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şöbə əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində isə T.Rasulovun kənd ərazisində yetişən böyürtkən kollarının arasında gizlətdiyi təmiz çəkisi 3 kiloqram 50 qram olan marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğunu və qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam