Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Səhiyyə Nazirliyi: -Donor orqanların idxalı və ixracı qaydası hazırlanıb

Səhiyyə Nazirliyi: Donor orqanların idxalı və ixracı qaydası hazırlanıb

Donor orqanların idxalı və ixracı qaydası hazırlanıb.

Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrası məqsədilə Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasının hazırlanması nəzərdə tutulub. Qayda barədə təkliflər artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd olunub ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrası məqsədilə 15 qərar layihəsi hazırlanıb. Onlardan bir hissəsi Nazirlər Kabineti tərəfindən təsdiq olunub, digərləri isə təsdiq mərhələsindədir.

Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun bu il yanvarın 1-dən qüvvəyə minib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam