Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Balakəndə -videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub

Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.

İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam