Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nazir müavini:"Ermənilər Xocalıdakı 14 məktəbi dağıdıblar"

Nazir müavini: Ermənilər Xocalıdakı 14 məktəbi dağıdıblar
"Ermənilər Xocalıda vaxtilə mövcud olmuş 14 məktəbi dağıdıblar".

Yenixeber.org: Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Ramana qəsəbəsində yerləşən Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, fevralın 26-da Xocalı soyqırımından 30 il ötəcək: "Hər il həmin gün biz çox böyük kədər hissi keçiririk. Təəssüflər olsun ki, Xocalıda bütün infrastruktur dağıdılıb. Orada 14 məktəb fəaliyyət göstərirdi, hamısı dağıdılıb. Qəbirlər, tarixi abidələrimiz dağıdılıb. Bütün bunlar onlar iç üzünü, niyyətini göstərir".

"Bu məktəbə daxil olarkən düşünürəm ki, nə üçün Xocalı, Şuşa məktəbi Bakıda olmalıdır. Bu gün erməni kilsəsi Bakının mərkəzində qorunub saxlanılır. Xocalıdakı məktəblər isə darmadağın edilib", - nazir müavini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam