Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Zelenskinin xüsusi nümayəndəsi:“Ukrayna Rusiya işğalçılarına qarşı müqavimət göstərir”

Zelenskinin xüsusi nümayəndəsi: “Ukrayna Rusiya işğalçılarına qarşı müqavimət göstərir”

"Ukraynanın dövlət orqanları hərbi vəziyyətə uyğun fəaliyyət göstərir və vəzifələrini tam şəkildə icra edir".

Yenixeber.org: Bunu Ukrayna Ali Radasının (parlament) Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin hakim “Xalqın xidmətçisi” Partiyasından üzvü, deputat, Prezident Volodimir Zelenskinin xüsusi nümayəndəsi Fyodor Venislavskiy deyib.

O, Kiyev vaxtı ilə saat 05:30-da Ukrayna Prezidentinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirdiyini xatırladıb. Bütün ölkə ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalanıb. Ukrayna Ali Radası ölkə Prezidentinin fərmanını 300 səslə təsdiq edib.

“Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçılarına qarşı müqavimət göstərir. Ukrayna Prezidenti daim Ukrayna xalqına müraciət edir və real vəziyyət barədə məlumat verir. Əhali arasında təşviş yoxdur”, - F.Venislavskiy deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam