Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ukrayna-Rusiya danışıqları başlayır-neytral zonada

Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib.

Yenixeber.org: Məlumata görə, o, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.

"Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb. Bura səyahət etmək çox az vaxt aparır. Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıb”, - Venislavski bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, bu o deməkdir ki, Rusiya Federasiyasındakı bütün resurslar artıq cəlb olunub, heç bir ehtiyat qalmayıb.

“Və de-fakto son arqumentdən, yəni nüvə silahından istifadə variantı ola bilsə, Rusiya Federasiyasında vəziyyət artıq çox ciddi qəbul edilir”, - deputat vurğulayıb.

Danışıqların hər an başlaya biləcəyini və bu danışıqlarda Ukraynanı kimin təmsil etdiyini aydınlaşdıran Venislavski bildirib ki, onlar Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələridir.

“Onlar getdilər... Yaxın vaxtlarda ilk razılaşmalar olan kimi sizin müvafiq rəsmi mövqe, Prezident Ofisindən açıqlama olacaq”, - deputat bildirib.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam