Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukrayna ordusu Volnovaxa şəhərini geri alıb -Berdyansk itirilib

Ukrayna ordusu Volnovaxa şəhərini geri alıb, Berdyansk itirilib

“Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq düşmənin nəzarətinə keçib”.

Yenixeber.org: Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

"Düşmən bu gün (dünən-red) Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi sayəsində Volnovaxa geri alınıb. Və bizim qoşunlarımız indi oradadır. Onlar Volnovaxanın cənubunda problemləri lokallaşdırırlar. Mariupol tab gətirir, problem yoxdur", - o deyib.

O, həmçinin Zaporojye vilayətinin Berdyansk şəhərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı vəziyyəti izah ediblər.

"Berdyansk düşmən tərəfindən işğal olunub, orada bizim qoşunlarımız yox idi. Şəhəri Melitopoldan Mariupola doğru hərəkət edən silahlı qruplaşma ələ keçirib. İndi oradadırlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam