Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Manaf Ağayevə görə polis polkovniki -İŞDƏN QOVULDU

 

Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən kənarlaşdırılıb.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov hər biri 15 sutka müddətinə həbs olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam