Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Azərbaycan və İran XİN başçıları -Ukraynadakı vəziyyəti müzakirə ediblər

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini ifadə ediblər.

Tərəflər cari ilin 9-10 mart tarixlərində Azərbaycanda keçiriləcək Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının yüksək önəmini qeyd ediblər. Bu xüsusda İranın rəsmi heyəti ilə yanaşı, Azərbaycana bir qrup iş adamlarının səfər etməsi məmnunluqla vurğulanıb.

Nazirlər, həmçinin regional məsələləri, eyni zamanda Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, İranın nüvə prpoqramı üzrə Vyanada aparılan danışıqların gedişatı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam