Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səfir:"Hava reysləri Azərbaycan-Pakistan əməkdaşlığına təkan verəcək"

"Pakistanla Azərbaycan arasında müntəzəm hava reyslərinə başlanması iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək".

Yenixeber.org: Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Lahor şəhərindən Bakıya bu gün həyata keçirilən ilk təyyarə uçuşuna münasibət bildirərkən deyib.

“Bu gün “Pakistan İnternational Airlines” şirkətinin həyata keçirdiyi tarixi uçuşun şahidi olduq. Odur ki, bu, iki qardaş ölkə arasında çox böyük əhəmiyyətə malikdir”,- o bildirib.

Səfir qeyd edib ki, Bakı şirkətin Mərkəzi Asiya və Cənubi Qafqazda uçuşlar həyata keçirdiyi ilk şəhərdir: "Bu da Pakistanın Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyini göstərir".

Xatırladaq ki, “Pakistan İnternational Airlines” şirkəti bu həftədən etibarən Lahor və Kəraçidən Bakıya müntəzəm uçuşlara başlayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam