Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyanın dollar ehtiyatları tükənir

Rusiya bankları əhaliyə dollar satmaqdan imtina edir. Müvafiq videonu "Ateo Breaking" saytı Telegram-da dərc edib.

Yenixeber.org: Videonu Başqırdıstanın Uçalı şəhərinin sakini lentə alıb. O, “Rosselxozbank” işçilərinin ona dollar satmaqdan necə imtina etdiklərini göstərib.

“Rublunuz var və dollar almaq istəyirsiniz? Yox. Biz ümumiyyətlə dollar satmırıq. Bəli, satışı qadağandır”, – bank işçisi alıcıya bildirib.

Videonun müəllifi baş verənləri “tarixi hadisə” adlandırıb.

"Rosselxozbank" 100 faiz dövlətə məxsusdur. O, Ukraynadakı müharibəyə görə Qərbin sanksiyaları altındadır.

Qeyd edək ki, martın 11-də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaları artıraraq, dolların birbaşa və ya dolayı yolla ixracını, təkrar ixracını, tədarükü və satışını qadağan edib. Bu, Rusiyanın maliyyə sisteminə ağır zərbə olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam