Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Zelenski beynəlxalq ictimaiyyəti -Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb

 

“İnsanlarımızın qida, su, elektriklə təminatında ciddi problemlər var”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya parlamentində çıxışı zamanı deyib.

“Ruslar üçün hərbçilərlə mülki şəxslərin heç bir fərqi yoxdur. Onlar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla hər kəsi hədəf alırlar. Humanitar yardımların ərazilərə daxil olmasına, bizim vətəndaşlarımızı qorumağımıza imkan vermirlər.

Mariupol şəhəri yerlə yeksan edilib. Minlərlə adam ölür. Avropa ilə bizim aramızda divar var. Ona görə siz baş verənləri görmürsünüz. Divarın biz olan tərəfinə keçsəniz, dediyiklərimizi görəcəksiniz. Bu divarı dağıtmağa çalışanlara, bizi dəstəkləyənlərə, sülh tərəfdarı olanlara, Rusiyanın təklənməsi üçün səy göstərənlərə minnətdarıq. Sizin köməyiniz olmadan müqavimət göstərmək çətin olar”, - dövlət başçısı vurğulayıb.

O, beynəlxalq ictimaiyyətə müraciət edərək Üçüncü Dünya müharibəsinə yol verməməyə çağırıb: “Növbəti dünya müharibəsinə icazə verilməməlidir. Biz başqa bir ölkənin itaətində olmaq istəmirik”, - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam