Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"NATO Ukraynaya yardımı davam etdirəcək" - Baş katib

"NATO Ukraynaya yardımı davam etdirəcək" -    Baş katib

NATO Rusiya ordusunun dinc əhaliyə qarşı vəhşi hərəkətləri ilə bağlı Ukraynanın siyasi rəhbərliyinin və xalqının məyusluğunu və ümidsizliyini anlayır və vəziyyətə hərbi yardımı artırmaqla cavab verir.
Yenixeber.org: Bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Prezident Zelenskinin və Ukrayna xalqının hiss etdikləri məyusluğu və ümidsizliyi tam başa düşürəm. Hər gün xəstəxanalara, məktəblərə, mülki infrastruktura hücumları, mülki əhali arasında itkiləri və dağıntıları görürük. Buna görə də NATO müttəfiqləri Ukrayna qüvvələrini qismən müasir silah sistemləri, hava hücumundan müdafiə və tank əleyhinə silahlar və yanacaqla təmin etməklə dəstəyi artırdılar. NATO-nun müdafiə nazirləri Ukraynaya bu kritik dəstəyi davam etdirəcəklərini təsdiqləyiblər”, - Alyansın rəhbəri vurğulayıb.
O qeyd edib ki, NATO uzun illər Ukraynanı raket və zenit silahları, eyni zamanda bir çox başqa növ texnika ilə təmin edib.
“Buna görə də Ukrayna ordusu və müdafiə qüvvələri 2014-cü illə müqayisədə indi daha böyük, daha güclü, daha yaxşı təchiz edilmiş və təlim keçmişdir. Ukrayna əsgərləri daha yaxşı idarəetmə sisteminə malikdirlər. Biz Ukraynaya yardımı davam etdirəcəyik”, - NATO-nun baş katibi bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam