Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakı-Şuşa avtobusu -Novruz bayramında hər gün işləyəcək

 

Yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə ümumilikdə 3196 sərnişin səfər edib.

Yenixeber.org: Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Xidmətin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçirilib.

“Vətəndaşların öz doğma torpaqlarına gediş-gəlişi uğurla təmin olunub. Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır. Bugünkü səfər sərnişinlər üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki onlar 30 il Novruz tonqallarına həsrət qalmış Ağdam rayonuna bayram etməyə gediblər”, - məlumatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam