Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Ukrayna MN:"Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır"

 

Ukrayna Müdafiə Nazirliyi müharibənin 37-ci günü ilə bağlı operativ məlumat yayıb.

Yenixeber.org: Bu barədə informasiya nazirliyin feysbuk səhifəsində paylaşılıb.

Məlumata görə, Rusiya hərbçiləri Kiyev vilayətinin şimalından Belarus sərhədinə doğru çıxarılır:

“Rusiya hərbçiləri talan edilmiş əmlakı ölkədən çıxarırlar. Həmçinin onlar dinc əhalinin təxliyəsinə maneə yaradır, yerli sakinlərin evlərindən şəxsi heyətin yerləşməsi üçün istifadə edir, vətəndaşlarımızı girov götürürlər. Soyğunçuluq və zorakılıq davam edir. Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdə yerli sakinlərə mal və xidmət ödənişlərini rublla ödəməsi məcbur edilir”.

Həmçinin bildirilir ki, son sutkada Rusiyanın 3 tankı, 2 zirehli maşını, 2 artilleriya sistemi məhv edilib.

“Daha 10 PUA vurulub. Ukraynanın müdafiə qüvvələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir, qarşı tərəfin mövqelərini yarır və torpaqları mərhələləri şəkildə azad edirlər” , - məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam