Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Türkiyə MN:"Montrö Konvensiyası ilə müəyyən edilən status-kvo qorunmalıdır"

 

“Biz Rusiya ilə Ukrayna arasında həm regionumuzun, həm də dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan hadisələri diqqətlə izləyirik”.

Yenixeber.org: Bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

“Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq hüquqa zidd olan bu vəziyyətin diplomatik yolla həllinə çağırışımızı bir daha təkrarlayır, itkilərin qarşısını almaq, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayırıq”, - nazirlikdən bildirilib.

“Hesab edirik ki, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Montrö Konvensiyası ilə müəyyən edilmiş status-kvo qorunmalıdır. Türkiyə konvensiyanı hər zaman diqqətli, məsuliyyətli və qərəzsiz həyata keçirib. Mövcud şəraitdə Montrö Konvensiyası şəffaf şəkildə həyata keçiriləcək və müqavilənin tələblərinin yerinə yetirilməsi davam etdiriləcəkdir”, - qurumdan qeyd olunub.

Bildirilib ki, Türkiyə üzvlüyünün 70-ci ildönümündə də NATO-nun dəyərlərini və məsuliyyətlərini bölüşməyə və Alyansın ikinci böyük ordusu olaraq təhlükəsizliyinin qorunmasının mərkəzində olmağa davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam