Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycan təkcə energetika sahəsində tərəfdaşımız deyil” -İtaliya XİN başçısı

“Azərbaycan təkcə energetika sektorunda deyil, digər sahələrdə də İtaliyanın tərəfdaşıdır”.

Yenixeber.org: Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən burada olmaqdan çox şadam, xüsusən də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə”, - Luici Di Mayo bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının dünya ölkələrinin iqtisadiyyatlarına təsir göstərməsinə baxmayaraq, xoşbəxtlikdən son vaxtlar iqtisadi artım müşahidə olunur.

İtaliya XİN başçısı qeyd edib ki, bugünkü görüşdə Ukraynadakı vəziyyət də müzakirə olunub. Onun sözlərinə görə, Ukraynadakı müharibə bu ölkənin mülki əhalisi arasında çox sayda itkilərə səbəb olub, eyni zamanda İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar fəlakətə gətirib çıxarıb. “Rusiyaya qarşı sanksiyalar Avropanın enerji məsələlərinə təsir edir, ona görə də Aİ-nin enerji tərəfdaşları ilə əlaqələrin gücləndirilməsi çox vacibdir”, - Luici Di Mayo söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam