Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şuşada yamac paraşütündən uçuş həyata keçirilib-Son 30 ildə ilk dəfə

 

2022-ci il "Şuşa İli” çərçivəsində Şuşa şəhərində son 30 ildə ilk dəfə yamaç paraşütündən (paraplan) uçuş həyata keçirilib.

Yenixeber.org: Bu barədə videonu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz tvitter hesabında paylaşıb (https://bit.ly/3j7qNJR). Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.

Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib. Xatırladaq ki, dünya paroplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.

Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.

Məqalədə:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam