Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ICMP:“Qarşılıqlı anlaşma haqqında Memorandum Azərbaycan ilə əməkdaşlığı möhkəmləndirəcək”

"İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) Azərbaycanla əməkdaşlıq etməyə və itkin düşmüş şəxslərin axtarışı prosesinə kömək göstərməyə ümidlidir”.

Yenixeber.org: Bu barədə ICMP-dən məlumat verilib.

Bildirilib ki, ICMP-nin Baş direktoru xanım Katrin Bombergerin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə ICMP arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memorandum Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

“Qarşılıqlı anlaşma haqqında Memorandum Ermənistan və Azərbaycan arasında münaqişə nəticəsində itkin düşmüş şəxslərin müəyyən edilməsi üçün ICMP tərəfindən gələcək dəstək yolunu açacaq”, - təşkilat qeyd edib.

Xatırladaq ki, beynəlxalq hökumətlərarası təşkilat olan ICMP silahlı münaqişələr, insan hüquqlarının pozulması, təbii fəlakətlər və texnogen mənşəli fəlakətlər nəticəsində itkin düşmüş şəxslərin problemləri ilə məşğul olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam