Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Lavrov Qarabağdakı rus sülhməramlılarından danışdı


“Rusiya Ermənistana sərhədin təhlükəsizliyini təmin etmək və onun müdafiə qabiliyyətini gücləndirməkdə kömək etməkdə davam edəcək”.
Yenixeber.org: Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqları açıq elan edərkən deyib.

“Biz Ermənistanın əsas müttəfiqi mövqeyindən çıxış edərək müdafiə qabiliyyətinizi gücləndirmək və sərhədin mühafizəsini təmin etmək üçün sizə kömək edəcəyik”, - Lavrov bildirib.
Nazir qeyd edib ki, tərəflər MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın perspektivlərinə də toxunacaqlar.
“İndi Ermənistan KTMT-yə sədrlik edir, ona görə də bizim üçün öz hərəkətlərimizi Ermənistanın bu təşkilatın üzvlərinə təqdim etdiyi planlarla müqayisə etmək daha vacibdir”, - Lavrov vurğulayıb.
O, həmçinin qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını, o cümlədən Rusiya sülhməramlı kontingentinin fəaliyyətini təmin etməyə davam edəcək:
“Qarabağ nizamlanması üzrə 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvar və noyabrında ən yüksək səviyyədə əldə olunmuş üç qrup razılaşma var. Biz bu razılaşmaların, o cümlədən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mandatına ciddi uyğun gələn fəaliyyətini təmin etməyə davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam