Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ukraynalı deputat xəyanətkar elan edildi-SƏBƏB

 Rus ordusu tərəfindən Mariupola nəzarətçi təyin edilən yerli deputat Konstantin İvaşçenko Ukrayna tərəfindən dövlətə xəyanətdə şübhəli bilinib.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Donetsk vilayəti prokurorluğunun rəhbəri vilayətin Mariupol şəhər şurasının deputatının dövlətə xəyanətdə şübhəli bilinməsi barədə qiyabi məlumat verib”, - məlumatda deyilir.

İstintaqın məlumatına görə, şəhər şurasının deputatı “Müxalifət platforması- Həyat Naminə” hazırda Rusiya silahlı qüvvələrinin qismən nəzarətində olan Mariupolda olarkən könüllü olaraq işğalçılarla əməkdaşlığa razılıq verib.

Müxalifət platformasından olan digər yerli deputat Xarmışev isə icmanın katibi seçilib. Qeyd edilir ki, Mariupol və ətraf kəndlərdən bir çox başqa deputatlar və yerli hakimiyyət nümayəndələri silah gücü ilə "iclas"a gətirilib.

Separatçı Donetski respublikasının sədrinin 6 aprel 2022-ci il tarixli fərmanına əsasən, İvaşçenko özünü Mariupol şəhəri administrasiyasının rəhbəri adlandırır.

Qismən işğal olunmuş şəhərin saxta rəhbəri Rusiya Federasiyasına və onun hərbiləşdirilmiş birləşmələrinə hərbi vəziyyət şəraitində Ukraynaya qarşı təxribat fəaliyyəti həyata keçirməyə kömək edir.

İbtidai istintaqı Ukrayna Dövlət Təhlükəsizlik Xidməti Donetsk və Luqansk vilayətləri üzrə aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam