Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstan nümayəndə heyəti Füzuli hava limanında olub

 

Azad olunmuş Qarabağ bölgəsinə səfər edən Gürcüstan mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar, bloqçular Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Yenixeber.org: Qonaqlara cəmi 8 ay ərzində ən yüksək beynəlxalq standartlar səviyyəsində inşa olunmuş hava limanının fəaliyyəti barədə məlumat verilib.

Xatırladaq ki, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən hava limanına beynəlxalq status verilib. 

Uzunluğu 3000 m, eni 60 m olan uçuş-enmə zolağına malik hava limanının 60 min kvadratmetrlik perronunda 8 təyyarə dayana bilir. Hava limanı İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) təhlükəsizlik tələblərini təmin edən müasir avadanlıqlarla təchiz olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam