Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hulusi Akar:"Zərbə PUA-ları ilə xeyli sayda terrorçu zərərsizləşdirilib"

 

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı dünən gecə saatlarından etibarən qurudan və havadan başlatdığı Pəncə-Kilid Hərəkatını davam etdirir.

Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalından gələn terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə Pəncə-Kilid əməliyyatına start verildiyini bildirən müdafiə naziri Hulusi Akar deyib:

“Hazırda nəzərdə tutulan bütün hədəflərə nail olunub. Dostlarımız öz tapşırıqlarını uğurla başa vurdular. Terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri, sursat anbarları və qondarma qərargahları hava əməliyyatları və atəşə dəstək vasitələri ilə müvəffəqiyyətlə məhv edilib. ATAK helikopterlərimiz, kəşfiyyat və zərbə PUA-larının dəstəyi ilə komandolarımız və Bordo Berelilərimiz hava hücumu və qurudan sızaraq bölgəyə gəlib və təyin olunan hədəfləri ələ keçirib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib. Yaxın saatlarda və günlərdə sayın daha da artacağını gözləyirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam