Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Nə qədər 1,5 manata sifariş daşıyacağıq?!” –“Bolt Food” kuryerləri tətil edir


“Bolt Food” kuryerləri bu gün saat 10:00-20:00 arası şirkətin mobil tətbiqini bağlayacaq və işə çıxmayacaqlar.
Yenixeber.org: Bu barədə “İşçinin səsi” səhifəsi məlumat yayıb.

Bildirilib ki, “Bolt Food” kuryerləri tətil çağırışında bunları deyib:
“26 apreldə işə çıxmayaq, onda Bolt başa düşər ki, biz olmasaq, heç kimin işi getməyəcək.
Nə qədər 1 manat 50 qəpiyə sifariş daşıyacağıq?! 10 km yol gedirsən, 4 manatı güclə yazır. 
Əgər köhnə kuryersənsə, bilirsən ki, bir zamanlar xərclədiyin zaman, əmək qarşılığında haqq etdiyin qazancı əldə edə bilirdin.
İndi isə aylıq DSMF ödənişi 62.50 AZN-dən 75 AZN-ə, tibbi sığorta ödənişi isə 10 AZN-dən 12 AZN-ə qalxıb, maaşlar isə 1.90-dan 1.50-yə düşüb.
Hadisələrə biganə qalmaq, gedişatın izləyicisi olmaq istəmirsənsə, 26 apreldə proqramı oflayn et və bizimlə ol.
Gəlin bir-birimizə dəstək olaq. İndi birlik vaxtıdır”.
Qeyd edək ki, aprelin 22-də də “Wolt” şirkətində işləyən 100-dən çox kuryer maaş artımı tələbilə tətil edib işə çıxmayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam