Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan millisi Ermənistandakı yarışa qatılmayacaq

 

Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin iclası keçirilib. Yığıncaqda mayın 21-31-də Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.

Yenixeber.org: Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son 2 Avropa birinciliyində uğurlu çıxışları ilə yadda qalıblar. Onlar U-22-lərin qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla boks tariximizin 10 il əvvəlki rekordunu təkrarlayıblar.

Gənc boksçular arasında Avropa birinciliyində isə komandamız 3 illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib. Komandamız yarışı 1 qızıl və 1 bürünc medalla bitirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam