Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə gələcək -Bu gün

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.

Yenixeber.org: 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Hazırda 8 xalı olan Məmmədyarov 6-cı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə Praqnanandha ilə 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam