Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Svante Kornell -“Ermənistanın yeni strategiyaya ehtiyacı var”

“Qarabağ erməni işğalı altında qaldığı dönəmlərdə dünya burada nələrin baş verdiyini görə bilmirdi. İndi isə Şuşadayıq və hər şeyi gözümüzlə görürük”.

Yenixeber.org: Bu fikirləri Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun (İsveç) direktoru Svante Kornell deyib.

Ekspertin sözlərinə görə, bu regionun gələcəyi var: “Gələcəkdə başqa Qafqaz, başqa Qarabağ görə biləcəyik. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mümkündür. Biz bunu görürük”.

S.Kornell ermənilərin separatçı əhval-ruhiyyəsindən danışarkən qeyd edib ki, o, SSRİ-də separatçılıq əhval-ruhiyyəsinin məhz Qarabağdan başladığını dəfələrlə bəyan edib: “Bu gün Ukrayna belə separatizmin nəticələrini görür. Azərbaycanın separatizmdən necə əziyyət çəkdiyini hamı bilir. Bu, məlum strategiyadır - separatizmdən istifadə edərək ölkəni zəiflədirsən”.

Onun fikrincə, Ermənistanın mövqeyini dərhal dəyişmək mümkün deyil, bu, yəqin ki, bir neçə il çəkəcək: “Amma görünür, Ermənistanda da artıq baş verənlərin ölkənin xeyrinə olmadığını anlamağa başlayıblar. Ermənistanın yeni strategiyaya ehtiyacı var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam