Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Azərsun Sənaye Parkı”ndakı yanğının başvermə səbəbləri araşdırılır

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisindəki yanğın hadisəsinin başvermə səbəbləri araşdırılır.

Yenixeber.org: Ərazidə həmçinin FHN əməkdaşları tərəfindən soyutma işləri davam etdirilir.

Yanğının baş verdiyi ərazi hüquq-mühafizə orqanları tərəfindən tam nəzarətə götürülüb.

Hazırda istintaq aparılır.

Qeyd edək ki, yanğın hadisəsi aprelin 28-i axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye Parkı“ kompleksinin ərazisində baş verib.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci ( Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Yanğın bu gün saat 08:24-də söndürülüb.

Xatırladaq ki, yanğın zamanı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam