Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Qəzaya düşən müsavatçıların vəziyyəti ağırdı

 

    Xəbər verildiyi kimi, siyasi motivlərlə 1 ilə yaxındır həbs olunmuş və hazırda Şəki rayon məhkəməsində mühakimə olunan Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar. 

    "xeberinfo.com": Bakıya gətirilən Maya Yaqublu (Tofiq Yaqublunun həyat yoldaşı) və maşının sürücüsü Çingiz Əlinin müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılacaq. 

   Xəstəxananın həkim personalından bildiriblər ki, T. Yaqublunun xanımı Maya Yaqublunun boynu sınıb, ciddi zədə alıb, cox saylı qançırlar və çıxıqları var. Əməliyyat olunacaq. Həyati təhlükə olmasa da, əməliyyatdan sonra durumu barədə proqnoz vermək çətindir. Müsavat fəalı, qəzaya uğrayan maşının sahibi və sürücüsü Çingiz Əlinin vəziyyəti isə ağırdır. Həkimlər onun həyatı uğrunda çarpışırlar. Çingiz Əli də əməliyyata hazırlanır və yaxın saatlarda o, əməliyyat olunacaq.

    Yaralıların həkimi Fərid Qaralov musavat.com-a bildirib ki, Maya Yaqublunun huşu özündədir, ancaq boynunda bir yerdən sınıq var. Həkim onun vəziyyətini orta-ağır kimi qiymətləndirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam