Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pakistanın BMT-dəki nümayəndəsi:“Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırıq”

 

Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazırdır.

Yenixeber.org: Bu barədə mədəniyyət naziri Anar Kərimovla ABŞ-da keçirilən görüşdə Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm bildirib.

Görüşdə Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb.

Nazir Azərbaycanda həyata keçirilən müxtəlif beynəlxalq layihələr və gələcək təşəbbüslər barədə M.Əkrəmə məlumat verib. A.Kərimov iki dost ölkə arasında mədəni irsin qorunması və təbliğinə xidmət edəcək sıx strateji əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

M.Əkrəm öz növbəsində, Pakistanın Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Mədəniyyət naminə sülh”(Peace4culture) təşəbbüsünü açıq şəkildə dəstəklədiyini və bu layihənin beşillik fəaliyyət planında fəal rol oynayacağını deyib. O, Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da, gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazır olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam