Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Assosiasiya sədri:“Yumurta istehsalçıları ciddi ziyana uğrayırlar”

 

Mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıqdır və bu, istehsal olunan həcmlərin tam satılmaması sahibkarlara ciddi ziyan vurur.

Yenixeber.org: Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə keçirilən görüşdə deyib.

APEPEA-nın rəhbəri bildirib ki, Azərbaycan dövləti kənd təsərrüfatı istehsalının, ona bağlı emal sənayesinin inkişaf etdirilməsi üçün mühüm dəstək tədbirləri həyata keçirməkdədir: "Belə dəstək tədbirlərindən biri də kənd təsərrüfatı istehsalçılarına öz məhsullarının ixracının təşkilində yardımı ehtiva edir. Bu dəstəyin nəticəsində Azərbaycandan xaricə qeyri-neft sektoruna aid məhsulların ixracı sürətlə artmaqdadır:

“Məlumatınız üçün bildirim ki, son illərdə Azərbaycanda quşçuluq sahəsi ciddi inkişaf yolu keçib. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Bu, xüsusilə yumurta istehsalında daha yüksəkdir. Belə ki, son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla ədəd artıq yumurta istehsalı qeydə alınmaqdadır. Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. Bu təsərrüfatların bəziləri yumurtanın xaricə ixracına nail olurlar, lakin bu sahədə ciddi çətinliklərlə üzləşirlər. Bu sahədə istehsalçılarımıza dəstək verilməsini xahiş edirik”.

M. Həsənlinin sözlərinə görə, yumurta istehsalçıları mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıq olduğunu, istehsal olunan həcmlərin tam satılmamasının onlara ciddi ziyan vurduğunu bildiriblər: "Eyni zamanda qeyd olunub ki, yem və yem əlavələrinin qiymətində baş verən bahalaşma nəticəsində istehsal olunan yumurtanın maya dəyərində ciddi artım baş verib. Bu şəraitdə məhsulun satılmaması növbəti mərhələdə yem tədarükünə zərbə vurmaqla, istehsalın azalmasına gətirib çıxara bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam