Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

FHN küləyin fəsadları ilə bağlı əməliyyat görüntüləri yayıb -VİDEO

Fövqəladə Hallar Nazirliyi

 

Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Yenixeber.org: Nazirlikdən daxil olan məlumatda bildirilib ki, məlum olduğu kimi, ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub. Küləyin təsirindən paytaxt Bakıda bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar.

Qeyd olunub ki, bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən XRXX-nin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam