Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkə  hidrogen enerjisinə 2 milyard avro xərcləyəcək

Almaniya elektrik enerjisi istehsalında hidrogen texnologiyalarının tədqiqi üçün növbəti dörd il ərzində 2 milyard avro ayırmağa hazırlaşır.

Yenixeber.org: Bu barədə Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi məlumat yayıb.

Söhbət həmçinin külək elektrik stansiyalarında açıq dənizdə hidrogen istehsalı imkanlarının tədqiqinə dair layihələrdən gedir.

“Bu təşəbbüs çərçivəsində Almaniya Avstraliya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. İstəyimiz odur ki, cəmi bir neçə il ərzində gəmilər günəş və külək enerjisinin köməyi ilə hasil edilən yaşıl hidrogeni Avstraliyadan Almaniyaya daşısınlar”, - Almaniyanın təhsil və elmi tədqiqatlar naziri Bettina Ştark-Vatzinger bildirib.

Qeyd edək ki, Almaniya Rusiyadan enerji resurslarının tədarükündəki asılılığı tədricən aradan qaldırmağı planlaşdırır. Neft və kömürün ilin sonuna, qazın isə 2024-cü ilə qədər əvəzlənəcəyi gözlənilir.(TASS) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam