Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səfir:"ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqları üzrə vasitəçilik etməyə hazırdır"

“ABŞ Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda sülh danışıqları üzrə vasitəçi kimi iştirak etməyə hazırdır”.

Yenixeber.org: Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Armenpress”ə müsahibəsində bildirib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə sülh danışıqları və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı keçirilən görüşü alqışlayıb: “ABŞ Cənub Qafqazda sülh, demokratiya və rifahın çiçəklənməsinə sadiqdir. Dövlət katibi Antoni Blinkenin aprelin 5-də iki dövlətin lideri ilə telefon danışığı zamanı dediyi kimi, biz Azərbaycanla Ermənistan arasında sülh dialoqunun davam etdirilməsinə çağırırıq”.

Qeyd edək ki, bu il aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olub. Tərəflər dövlət sərhədinin müəyyənləşməsi üzrə komissiyanın yaradılması barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam