Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Nazir:"Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək"

 

“Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısı keçirilir.

Yenixeber.org: Səhiyyə Nazirliyindən verilən məlumata görə, beynəlxalq qurumun budəfəki iclası onlayn formatda təşkil olunub.

Öz çıxışlarında Qlobal Plan İşçi Qrupunun sədri, iştirakçı ölkələrin səhiyyə nazirləri təəssüf hissi ilə qeyd etdilər ki, vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir.

Toplantının “Vərəmin maliyyələşdirilməsi mənbələri” mövzusuna həsr olunmuş panel sessiyasında Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxış edib.

Teymur Musayev qeyd edib ki, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb: “Eyni zamanda, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir. Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.

“2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir. Onun həyata keçirilməsi koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq, ilkin nəticələr ümidvericidir. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə Teymur Musayev fikrini tamamladı.

“Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin 35-ci toplantısı bu gün yekunlaşacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam