Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Keçən il 635 Azərbaycan vətəndaşı İİV-ə yoluxub

Keçən il 635 Azərbaycan vətəndaşı İİV-ə yoluxub

Keçən il İİV/QİÇS-lə mübarizə çərçivəsində görülən işlər açıqlanıb.

Yenixeber.org: Bu, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.

Hesabatda bildirilir ki, 2021-ci ildə seroloji müayinələrin aparılması üçün 73 min müayinəlik, PZR müayinələri üçün 52 dəst (4992 müayinəlik), immunoloji müayinələr üçün 61 dəst (5856 müayinəlik) test-sistemlər alınıb.

“İİV/QİÇS-lə mübarizə üzrə tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci il ərzində 635 Azərbaycan vətəndaşında İİV-ə yeni yoluxma halları aşkar edilib. Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7867 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır, antiretrovirus terapiya alanların sayı 6179-dur, onlardan 617 nəfərə müalicə 2021-ci il ərzində başlanılıb.

2021-ci il ərzində 7 adda, 135 min civarında çap materialları və əyani vəsait buraxılaraq, müxtəlif tədbirlərdə əhaliyə paylanıb.

Ümumilikdə keçən il İİV/QİÇS-lə mübarizə üzrə tədbirləri çərçivəsində 3,4 milyon manat vəsait xərclənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam