Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Zaxarova:“Ümid edirik ki, Brüssel üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”

 

“Rusiyanın strateji məqsədi Cənubi Qafqazda sabitliyə və tərəqqiyə töhfə verməkdir. Bu yolda əsas vəzifələrdən biri rəsmi Bakı və İrəvanın münasibətlərinin kompleks şəkildə normallaşması, həmçinin dayanıqlı sülhün bərqərar edilməsidir”.

Yenixeber.org: Bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O qeyd edib ki, bu istiqamətdə səylərin əsasını təşkil edən ölkə rəhbərlərinin imzaladığı üçtərəfli bəyannamədir: “Rusiya bütün məsələlərdə, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və ictimai dialoqun qurulması, həmçinin sülh müqaviləsinin işlənib hazırlanmasında tərəfdaşlarına hərtərəfli dəstək göstərir”, - Zaxarova deyib.

“Aİ-nin yüksək səviyyədə üçtərəfli razılaşmaların icrası prosesinə qoşulma səylərinin şahidi oluruq. Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamayacaq, əksinə, üçtərəfli razılaşmaları reallaşdırmağa kömək edəcək”, - o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam