Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BP Azərbaycanda təhsil layihəsinə 2 milyon dollar ayırıb


Bunu BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Yenixeber.org: O bildirib ki, BP bərpa olunan enerji üzrə mütəxəssislərin hazırlanması ilə bağlı Təhsil Nazirliyi ilə 3 illik ikili diplom proqramını həyata keçirəcək: "Layihənin Azərbaycan tərəfindən tərəfdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) seçilib və universitetlə müqavilə imzalanacaq. Təhsil Nazirliyi hazırda Böyük Britaniyada universitet seçimi ilə məşğuldur".
Bəxtiyar Aslanbəyli qeyd edib ki, 3 il ərzində bərpa olunan enerji üzrə 120 mütəxəssisin bazara daxil olması planlaşdırılır: "İldə 40 tələbənin bu sahə üzrə magistr dərəcəsi alması planlaşdırılır. Yerli tələbələr evini tərk etmədən, əlavə xərc çəkmədən Böyük Britaniya universiteti və ADNSU-nun diplomunu alacaqlar. Ola bilsin ki, yerli mütəxəssislər bir neçə semestr Böyük Britaniya universitetində də təhsil alsınlar".
Bəxtiyar Aslanbəyli əlavə edib ki, layihənin digər əhəmiyyəti ondan ibarətdir ki, yerli universitetin bərpa olunan enerji sahəsində tədris imkanları genişləcək: "Üç il ərzində həm lazımi laboratoriya qurulacaq, həm Böyük Britaniyadan gələn müəllimlərlə yanaşı, öz müəllimlərimiz inkişaf edəcək. Üç ildən sonra yerli universitet müstəqil və eyni keyfiyyətlə eyni proqramı davam etdirəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam